Dolların rəsmi məzənnəsi 1,54 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyunun 30-a olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi iyunun 30-a 1,5394 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,5363 manata bərabər olub.