Obama Ərdoğana zəng etdi

ABŞ prezidenti Barak Obama Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, söhbət zamanı Ağ Ev rəhbəri İstanbulun Atatürk hava limanında baş verən və çoxsaylı insan itkisinə səbəb olan terror hadisəsini şiddətlə qınayaraq, Türkiyə prezidentinə və bütövlükdə türk xalqına Amerika xalqı adından başsağlığı verib.

 

Qeyd edək ki, ötən gecə Atatürk hava limanında kamikadzenin özünü partlatması nəticəsində 43 nəfər ölüb, 239 nəfər yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv