Bakıda hər iki ayağı gipsdə olan kişi bıçaqlandı
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, “2-ci mədən” adlanan ərazidə yaşayan 35 yaşlı Tural Qasımov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib.
Hər iki ayağı gipsdə olan Tural Qasımova tibbi yardım göstərilib. Bir neçə ay əvvəl hündürlükdən tullanarkən hər iki ayağını sındıran Tural özü-özünü bıçaqladığını bildirib.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Tural Qasımovun hansı şəraitdə bıçaqlandığı araşdırmalardan sonra məlum olacaq.