Dövlət Departamenti: Türkiyədə terror xəbərdarlığı təsadüf idi

ABŞ Dövlət Departamenti İstanbulda 42 nəfərin ölümünə səbəb olan terror aktından bir qədər əvvəl Türkiyəyə səyahət xəbərdarlığı etməsinə aydınlıq gətirib.

 

APA TV-nin məlumatına görə, Dövlət Departamentinin sözçüsü Mark Toner bunun təsadüf olduğunu bildirib.

 

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda İstanbul terroru ilə bağlı kəşfiyyat məlumatları olmayıb: “Belə bir məlumatımız olsaydı, bunu Türkiyənin müvafiq qurumları ilə paylaşardıq. Amma heç bir məlumat yox idi”.

 

Mark Toner bəyan edib ki, ABŞ Dövlət Departamentinin səyahət xəbərdarlığı ilə Atatürk hava limanındakı terror aktı arasında əlaqə axtarmaq doğru olmaz.

Müəllif | Apa.Tv
Apa.tv