Bakıda qulluqçu əcnəbi ev sahibinin pulunu oğurladı
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Murtuza Muxtarov küçəsi, ev 179, mənzil 21 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan, paytaxtda yerləşən xarici şirkətlərin birində menecer işləyən Ukrayna vətəndaşı, 34 yaşlı Andrey Lisyukun 5000 ABŞ dolları oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları hadisənin baş verdiyi mənzilə baxış keçiriblər. Evdən barmaq izləri götürülüb. Polis idarəsindən verilən məlumata əsasən, Andrey Lisyukun evində qulluqçu işləyən Bakı şəhər sakini, 32 yaşlı Lamiyə Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.