Manat ucuzlaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5394 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7090 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 24 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.