Zaxarova: "Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq"
"Türkiyə ilə münasibətləri normallaşdırmaq yox, əvvəlkindən də yüksək səviyyədə bərpa etmək lazımdır". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova verib.
"Biz dünən prezidentlərin danışdıqlarını eşitdik. Vladimir Putin Türkiyə tərəfinin də razılığı ilə bundan sonra atılacaq addımları sadaladı. Biz məlum təyyarə hadisəsindən sonra da əlaqələrin tam kəsilməsində maraqlı olmamışıq. Çünki türk xalqını hər zaman dost bilmişik", - deyə Zaxarova vurğulayıb.