İstanbulda terror törədənlər Tacikistan vətəndaşları çıxdı
İstanbulun Atatürk Hava Limanında terror aktı törədən terrorçuların hansı ölkənin vətəndaşı olduğu dəqiqləşib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, canlı bombaların hər üçü Tacikistan vətəndaşıdır.
"Milliyyət" qəzeti həmçinin terrorçuların fotosunu da əldə edib. Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır.