Bakıda tanınmış ekstrasens qəfildən öldü

Bakıda tanınmış ekstrasens vəfat edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

 

Bir sıra televiziya proqramlarında iştirak edən ekstrasens Timur Ələkbər oğlu Nəsirov dostunun evində ölüb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

 

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş mədəsindən şikayətlənirmiş. 29 yaşlı ekstrasens xeyli müddət əvvəl hər iki valideynini itiribmiş. Son illərdə bir neçə dəfə ailə quran və bütün izdivacları uğursuz olan ekstrasens Yeni Günəşlidə dostunun evində qalırmış. Ailəli olan dostu Timura bir çox məsələlərdə dəstək olurmuş.

 

Dünən özünü narahat hiss edən T.Nəsirova tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma da müraciət edilib. Lakin artıq gec olub və gənc ekstrasens vəfat edib.

Qeyd edək ki, T.Nəsirovun birinci evliliyindən 5 yaşlı oğlu qalıb.

Müəllif | Apa.Tv
Apa.tv