Qubada dəhşətli qəza: 1 ölü, 7 yaralı

Quba rayonunda 1 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, qəza Quba-İspik-Xınalıq yolunun 2-ci km-də qeydə alınıb.

 

“QAZel” markalı yük maşını ilə “BMW” markalı minik maşını toqquşub. Qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar - Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Fərhad Həsənov, 1987-ci il təvəllüdlü Çingiz Hacıyev, Quba rayonu, Nərimanabad kənd sakinləri 1951-ci il təvəllüdlü Səkinə Əzizova, 4 yaşlı Nərmin Əzizova, 9 yaşlı Amil Aslanov, 2002-ci il təvəllüdlü Əziz Əzizov və 1939-cu il təvəllüdlü Nazim Əzizovdur. Ölən şəxs isə Vahid Heydərovdur.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv