Bakıda "Mercedes" sərnişin avtobusuna çırpıldı

Ötən gün Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.


Ələddin Heydərovun idarə etdiyi 90 OA 252 dövlət nömrə nişanlı "Mercedes" 21 nömrəli marşrut avtobusuna arxadan çırpılıb. Hadisə avtobusun dayanacaqda sərnişin mindirib düşürdüyü zamanı baş verib. Sürücü  Ə.Heydərovun bildirdiyinə görə, şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpıb. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq "Mercedes" markalı maşına çox ciddi ziyan dəyib.

Qəza ilə bağlı Nobel prospektində bir müddətliyinə tıxac yaranıb. Hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunduqdan sonra yoldakı sıxlıq aradan qalxıb və nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv