“Neftçi” səfərdə “Baltsan”ı məğlub etdi - QOLLAR
Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilib. APA TV-nin məlumatına görə, “Neftçi” səfərdə Malta klubu “Baltsan”la qarşılaşıb.
Hesabı 14-cü dәqiqәdә "Neftçi"nin futbolçusu Rәhman Hacıyev açıb. İlk hissə "Neftçi"inin üstünlüyü ilə bitib. Oyunun 85-ci dәqiqәsində Ruslan Qurbanov penaltidən “Neftçi”nin ikinci qolunu vurub.
Oyunda başqa qol olmayıb və matç 2:0 "Neftçi"nin qələbəsi ilə başa çatıb.