Neftin qiyməti 50 dollar ətrafında sabitləşir
“Brexit”in nəticələri dünya maliyyə bazarlarında tərəddüdlərə səbəb olsa da, xammal bazarlarına o qədər də təsir edə bilməyib.
APA TV-nin xəbərinə görə, birjalarda neftin qiyməti yenə 50 dollar ətrafında sabitləşməkdədir.
Günün ilk seanslarında “Brent” markalı neftin bir bareli 49,88 dollardan satılıb. WTİ nefti isə alıcılara 48,44 dollardan təklif olunur.
Treyderlər neftin həftəni yüksək qiymətlərlə başa vuracağını, bu amilin bazar ertəsi seanslarına pozitiv təsir edəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, birjalarda həftənin son hərracları bu axşam keçiriləcək.