"Qəbələ” “Samtredia”nı darmadağın etdi - QOLLAR
"Qəbələ" futbol komandası 2016/17 Avrokubok mövsümünə start verib. APA TV-nin məlumatına görə, "qırmızı-qaralar" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
"Qırmızı-qaralar"ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia” olub. “Qəbələ” rəqibini 5:1 hesabı ilə məğlub edib.
"Qәbәlә"nin futbolçusu Voyislav Stankoviç 16-cı dәqiqәdə hesabı açıb.
19-cu dəqiqədə Sergey Zenyov komandasının ikinci qolunu vurub. Hesab 2:0 "Qəbələ"nin xeyrinə olub.
Oyunun 31-ci dәqiqәsində “Qәbәlә”nin futbolçusu Teo Luis Uiks komandasının 3-cü qolunu vurub. İlk hissə "Qəbələ"nin 3:0 üstünlüyü ilə bitib.
Oyunun ikinci hissəsində, 59-cu dәqiqәdә Laşa Sergelaşvili gürcülərin ilk qolunu vurub.
Cəmi 10 dəqiqə sonra “Qәbәlә” hesabı 4:1 edib. 69-cu dәqiqәdә Teo Luis Uiks dubl edib.
Teo Luis Uiks 72-ci dəqiqədə het-trik edib. Bununla da "Qəbələ"nin hesabına 5-ci top yazılıb.