İstanbulda biri Rusiya vətəndaşı olmaqla 11 İŞİD-çi tutuldu
Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar biri rus olmaqla 11 əcnəbi şübhəli şəxs qismində həbs edilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, polis Başakşehirdə xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı İŞİD üzvü olan rusiyalı 4-cü mərtəbədən tullanıb qaçmaq istəyib.
Xatırladaq ki, İstanbul aeroportunda törədilən terror aktından sonra dünən keçirilən əməliyyatda 3-ü xarici ölkə vətəndaşı olmaqla 13 nəfər saxlanılıb.