Gəncədə yaşayış evi yandı
Gəncədə fərdi yaşayış evində yanğın olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami rayonu ərazisində yerləşən yaşayış massivində, Əli Əkbərova məxsus 3 otaqlı yaşayış evində qeydə alınıb.
Səhər saatlarında başlayan yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Yanğın ümumi sahəsi 144 kvadratmetr olan evin 60 kvadratmetrlik bir otağının 40 kvadratmetrlik tavan hissəsini və əşyaları yandıraraq sıradan çıxardıb.
Yanğının səbəbləri araşdırılır.