Türkiyə və Rusiyanın xarici işlər nazirləri görüşdü
Rusiya və Türkiyə xarici işlər arasında Soçi şəhərində keçirilən ikitərəfli görüş başa çatıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş 40 dəqiqə çəkib.
Görüşdə iqtisadi, energetika, ticarət sahəsində əməkdaşlıq, həmçinin yüksək səviyyədə kontaktlar müzakirə olunub.
Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Soçidə keçirilən iclası çərçivəsində baş tutub.
Nazirlərin görüşündə Rusiya və Türkiyə dövlət başçılarının Çində keçiriləcək "G20" sammitindən öncə görüşə biləcəkləri istisna edilməyib.