Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini artırdı

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qüvvədə olma müddətini artırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, iqtisadi sanksiyaların müddəti 2017-ci ilin 31 yanvar tarixinədək uzadılıb.

 

Qurumdan verilən məlumatda bu barədə müvafiq qərarın yekdilliklə qəbul olunduğu bildirilib.
 

Qeyd edək ki, bir qədər öncə Avropa İttifaqı Şurasının qərarı ilə Krım və Sevastopola yönələn iqtisadi sanksiyaların da müddəti artırılıb. Bu həftə prezident Vladimir Putinin sərəncamı ilə sanksiyalara qarşı görülən cavab tədbirləri müəyyən edilib və Rusiyanın bunun qarşılığındakı tədbirlər paketi 2017-ci ilə qədər uzadılıb
 

Qeyd edək ki, Avropa İttifaqının müəyyən etdiyi sanksiyalar Ukrayna və Krımdakı vəziyyətlə əlaqəli olmaqla, iqtisadiyyatın maliyyə və enerji sektorlarına yönəlib. O cümlədən 146 nəfərin adı Avropa İttifaqının qara siyahısına daxil edilib.

Müəllif | Apa.Tv
Apa.tv