Tovuzda iki avtomobil toqquşdu: ana öldü, 16 yaşlı oğlu ağır yaralandı
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonunun Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər ağır xəsarət alıb. Onlar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
47 yaşlı Almaz Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Onun oğlu, 16 yaşlı Dulqay Əhmədovun və 29 yaşlı Elşən Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.