Şəkililərin qəniminə çevrilən dəstə tutuldu

Şəkidə evlərdən oğruluq edən şəxslər saxlanılıb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakini Xeybər Yusifov yaşadığı mənzildən bir ədəd “Samsung” markalı televizorun oğurlanması barədə polisə müraciət edib.

 

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı  Xeybər Yusifovun yaşadığı evdən oğruluq edənlərin  Şəki şəhər sakinləri - 22 yaşlı Kənan Çələbi oğlu Qeysəddinov  və tanışı, 19 yaşlı Vüqar Rahib oğlu Qədirzadə olduğu müəyyən edilib.

 

Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

 

Tutulanlardan Vüqar Qədirzadənin ətrafında aparılan axtarış tədbirləri zamanı məlum olub ki, o, 2015-ci ilin mart ayında Şəki sakini Mehman Hüseynova məxsus mənzildən  müxtəlif qızıl-zinət əşyaları və dəyəri 2 min manat olan kişi qol saatını oğurlayıb.

 

Hər iki faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırılma aparılır.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv