Neft yenə bahalaşdı
Neftin qiymətlərində yenidən yüksəlmə qeydə alınıb. APA TV-nin xəbərinə görə, birjalarda həftənin son hərracları ötən axşam keçirilib.
Dünənki seanslarda “Brent” markalı neftin bir bareli 50,65 dollardan satılıb. WTİ nefti isə alıcılara 49,27 dollardan təklif olunur. Bu, hər iki markanın qiymətlərində gün ərzində 1 dollara qədər bahalaşma deməkdir.
Neftin həftəni yüksək qiymətlərlə başa vurmasının bazar ertəsi seanslarına pozitiv təsir edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, birjalarda neftin qiyməti yenə 50 dollar ətrafında sabitləşməkdədir.