Sərdar Cəlaloğlu: "İstefamın səbəbi..." - ARQUMENT

“ADP sədrliyindən istefa verməyimin səbəbi uğursuzluğun bütün məsuliyyətini öz üzərimə götürmək istəyim olub”.
Bu açıqlamanı APA TV-yə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu verib. O, istefa qəzarından daşınmasının səbəbini də açıqlayıb. Sərdar Cəlaloğlunun sözlərinə görə, ADP İdarə Heyəti onun istefa üçün əsas gətirdiyi arqumentləri qəbul etməyib.
 

"Srağagün İdarə Heyətinin iclası oldu. İdarə Heyəti mənə çoxlu protokollar təqdim etdi. Mən də İdarə Heyətinin fikri ilə razılaşdım və istefa qərarımdan imtina etdim".


Seçkilərdən sonra müxalifər düşərgəsində reallaşan istefaları isə Sərdar Cəlaloğlu belə dəyrələndirir.

"Rəsul Quliyev gəlmədi, Milli Şurada çox az səs topladı. Maraqlar artıq təmin olunmur, bu platformada, ona görə də artıq uzaqlaşırlar. Yəni bütün bunların hamısı seçkilərdən sonra insanların maraqlarının seçkinin nəticələrinə uyğun gəlib-gəlməməsi ilə bağlı atılan addımlardır".

Sərdar Cəlaloğlu hesab edir ki, Milli Şuranın yaradılması və yanlış imperativlər seçməsi bugünkü acı nəticələrə gətirib çıxardı. Onun sözlərinə Milli Şura seçkilər üçün yaradılan bir proekt olduğu üçün artıq buraxılmalıdır.
 

Müəllif | Apa.Tv