AÇ-2016: Fransa yarımfinalda! - QOLLAR
Avro-2016-nın növbəti mərhələsinə yekun vurulub. APA TV-nin məlumatına görə, Parisin “Stad de Frans” stadionunda turnirin sonuncu 1/4 final matçı baş tutub. Dördüncü yarımfinalçını müəyyən etmək üçün Fransa millisi ilə İslandiya qarşılaşıb. Matç Fransa yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb – 5:2.
Oyunda hesabı Fransa yığması açıb. 12-ci dәqiqәdә Oliviye Jiru komandasını hesabda önə keçirib.
8 dəqiqə sonra, Fransa yığması aradakı top fərqini ikiyə çıxarıb. Qolun müəllifi 20-ci dəqiqədə Pol Poqba olub.
Olduqca aktiv oyun nümayiş etdirən Fransa yığması Dmitri Payenin 43-cü dəqiqədə atdığı qolla fərqi 3-ə çatdırıb.
Birinci hissənin sonlarına yaxın Antuan Qrizman Fransa yığmasının 4-cü qolunu vurub və birinci hisə 4:0 Fransa yığmasının üstünlüyü ilə bitib.
İkinci hissəyə sürətlə başlayan İslandiya yığması nəhayət 56-cı dəqiqədə ilk qolunu vurub. Qolun müəllifi Siqtresson olub.
3 dəqiqə sonra Fransa 5-ci qolu vurub. Oliviye Jiru 59-cu dəqiqədə fərqlənib - 5:1.
İslandiya yenidən fərqi azaldıb. 84-cü dəqiqədə Byarnason fərqlənib - 5:2.
Matçda başqa qol olmayıb və beləliklə, Fransa ½ final mərhələsinə vəsiqə qazanıb. Didye Deşamın yetirmələri yarımfinal matçında Almaniya yığması ilə görüşəcək. Oyun iyulun 7-də, Marsel şəhərində keçiriləcək.