Bakıda dəhşətli qətl: 22 yaşlı qız mağazada öldürüldü
Bakıda qətl törədilib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.
Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb.
V.Qarayev tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.