Bakıda 86 yaşlı kişinin meyiti tapıldı
Bakıda mənzildə 86 yaşlı kişinin meyiti tapılıb. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub. Xilasedicilər vətəndaşın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.