Neft bahalaşır - SƏBƏB
Dünya bazarında neft bahalaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 50,37 dollar olub.
WTI neftinin qiyməti 1 barelə görə dəyişməyərək 48,99 dollar təşkil edib.
Neft OPEC və ABŞ rəsmi dairələrinin bəyanatlarından sonra bahalaşıb. Belə ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əv-Falih və OPEC-in baş katibi Məhəmməd Barkindo bildiriblər ki, neft bazarı balansa doğru hərəkət edir ki, bu da nefti bahalaşdırır.
ABŞ-ın Energetika Nazirliyi də analoji fikirdədir.