Erməni əsgər hərbi hissədə güllələndi
Ermənistan Silahlı Qüvvələrinin Tavuş vilayətindəki hərbi hissələrindən birində əsgər meyiti aşkarlanıb.
APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 3-də tapılan meyitinin üzərində güllə yarası olub. Ölən şəxs Armavir sakini Arsen Mxitaryandır.
Hadisənin başvermə şəraiti araşdırılır.