Bakıda sabah hərarət 28 dərəcəyə çatacaq - PROQNOZ
Oktyabrın 18-də Bakıda və Abşeron yarmadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əlverişli olsa da, ayın 19 və 20-də atmosfer təyziqinin aşağı düşməsi və qeyri-sabit hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yaradacaq.
ETSN Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva:
- Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, havanın temperaturu gündüz saatlarında 23-28 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə küləyin güclənməsi də gözlənilir. Havanın temperaturu gündüz saatlarında aran rayonlarında 24-29, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
ETSN Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva:
- Yaxın iki günə gəldikdə isə qeyd edim ki, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində 19-da əsasən gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru buludluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Artıq 19-u gecə saatlarından başlayan yağış 20-də gün ərzində davam edəcək. Belə ki, 20-də də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz saatlarında 23-28 dərəcə isti təşkil edəcək, arabir güclənən şimal küləyi üstünlük təşkil edəcək.
Ayın 19-da axşam saatlarında şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək. Yağış yağacağı gözlənilir, qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gündüz saatlarında 23-28, dağlıq rayonlarda isə 14-19 dərəcə isti təşkil edəcək.