Dolların məzənnəsi 5 gündür dəyişmir
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyulun 5-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi iyulun 5-ə bu günlə müqayisədə dəyişməyərək 1,5425 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyul ayının 1-dən etibarən məzənnəsi bu səviyyədə saxlanılır.