Elnur Aslanov: “ABŞ rəsmiləri qapalı görüşlərdə bir cür, mətbuat üçün başqa cür danışırlar” - MÜNASİBƏT

“Seçki ərəfəsində Azərbaycan tərəfi ilə görüşlərdə ABŞ rəsmi nümayəndələri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin yüksək etimad reytinqinə malik olması və alternativsizliyi, eləcə də həyata keçirilən əhatəli sosial-iqtisadi proqramlar nəticəsində dövlət başçısının əhalinin bütün təbəqələri tərəfindən dəstəkləndiyi daim vurğulanıb”. Bu fikirlər  Azərbaycan Prezident Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanova məxsusdur. Şöbə müdiri ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin fikirləri ilə bağlı bəyanatına da münasibət bildirib.

 

SİTAT: “Qeyd etmək vacibdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən ifadə olunan rəqəmlər Amerika tərəfi, xüsusən səfir Morninqstar tərəfindən Azərbaycanın hökumət üzvləri və Prezident Administrasiyasının nümayəndələri ilə keçirilən müxtəlif görüşlərdə səsləndirilib. Qapalı görüşlərdə bir cür, mətbuat üçünsə ayrı cür danışılmasını yolverilməz sayırıq. Dövlət Departamentinin mövqeyi haqda isə sadəcə bir şeyi qeyd etmək olar - onların real əməllərinin və təkziblərinin nəyə yaradığını bütün dünya “WikiLeaks”in nümunəsində gördü”. 

 

 

Müəllif | Apa.Tv
Apa.tv