Qusarda GÜLLƏLƏNƏN POLİSLƏRİN VƏZİYYƏTİ...

Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır olsa da, stabildir. Qusar Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, əməliyyat olunan Mövlud Əliyev və Cəmil Nəsirovun həyatları üçün təhlükə yoxdur. Ayağından güllə yarası alan Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb.   

 

Oktyabrın 16-da Qusarda polis əməkdaşları silahlı şəxslərin hücumuna məruz qalıb. DİN-in yaydığı məlumata görə, şəhər sakini Edik Rüstəmov valyutadəyişmə məntəqəsinin işçisi Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək 6000 min manatını qarət edib. Keçirilən əməliyyat nəticəsində saxlanılan Edik Rüstəmov həmin pulun götürülməsi üçün Rayon Polis Şöbəsinin əməkdaşlarını şəhər kənarındakı meşə zolağına aparıb. Həmin vaxt Edik Rüstəmovla cinayətkar əlaqələri olan 2 naməlum şəxs tərəfindən odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb. Sonrakı əməliyyat tədbirləri ilə silahlı hücumun Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov tərəfindən törədilməsi müəyyən edilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv