Suriyada canlı bomba partlayışı: 30 ölü
Suriyanın Əl-Xasaka şəhərində terrorçu-kamikadze özünü partladıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisı nəticəsində azı 30 nəfər ölüb. Terror aktı şəhərin Əs-Səlahiyyə məhəlləsində, insanların çox olduğu yerdə törədilib.
Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.