Aralıq dənizində 4500 miqrant xilas olundu
Aralıq dənizində son bir sutkada Şimali Afrikadan Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4500 miqrant xilas olunub. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.
Məlumata görə, gün ərzində həyata keçirilmiş 30-dək xilasetmə əməliyyatına İtaliyanın hərbi-dəniz qüvvələri, sahil mühafizə xidməti, həmçinin Aİ Sərhədlərinə Nəzarət Agentliyinin (Fronteks) canlı qüvvə və vasitələri cəlb olunub.
İtaliyanın sahil mühafizə xidmətinə məxsus “Diciotti”gəmisi bir gün ərzində 1104 qaçqını xilas edib.