Düşmənin 11 hərbçisi qəzaya düşdü
Ermənistanın Sünik vilayətində hərbi maşın aşıb.
APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, içərisində hərbçilər olan "QAZ-66" markalı avtomobil Karmrakar kəndində qəzaya uğrayıb.
Hadisə nəticəsində 11 hərbçi xəsarət alıb. Onlar Kapan tibb məntəqəsinə göndəriliblər.