Lənkəranda nömrəsiz maşın POLİSƏ TABE OLMADI

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti reyd keçirib. Şəhərin Şəhidlər Xiyabanı, Ləvəngi dairəsi və Dəmiryol vağzalında keçirilən reydin məqsədi avtomobillərdə görüntünü məhdudlaşdıran pərdə və plyonkaları, qanunsuz quraşdırılmış konstruksiyaları aşkarlamaq, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan idarə edən şəxslər barəsində inzibati cəzalar tətbiq etməkdən ibarət olub. APA TV-nin xəbərinə görə, reyd zamanı polisin “Dayan!” əmrinə tabe olmayan sürücülər də olub. Bəzi sürücülərin isə dövlət qeydiyyat nömrəsi olmadan idarə etdikləri avtomobillər saxlanılaraq, cərimə meydançasına aparılıb.

 

Reyd zamanı 60-a yaxın sürücü saxlanılıb. Onlardan 30-u barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələri ilə inzibati cəza tədbirləri görülüb.

 

Müəllif | Apa.Tv