Donald Tramp: "Səddam edam edilməsəydi daha yaxşı olardı"
ABŞ prezidentliyinə faktiki namizəd Donald Tramp İraqın keçmiş lideri Səddam Hüseyni tərifləyib. APA TV-nin CNN-ə istinadən xəbərinə görə, milyarder bu sözləri Şimali Karolinada keçirdiyi mitinqdə tərəfdarları qarşısında dilə gətirib.
"O yaxşı kişi deyildi? Belə demirlər? Amma siz bilirsinizmi onun ən yaxşı cəhəti hansı idi? O terrorçuluğa qarşı amansız mübarizə aparırdı və bunu əla bacarırdı", - deyə Tramp bildirib.
Siyasətçi əlavə edib ki, Səddam Hüseyn heç vaxt terrorçuların hüququnu tanımayıb və çox düzgün edib.
Xatırladaq ki, Donald Tramp dəfələrlə ABŞ-ın xarici siyasətini sərt tənqid edib və vurğulayıb ki, əgər Səddam Hüseyn və Muammar Qəddafi hakimiyyətdə qalsaydılar, indi vəziyyət daha yaxşı olardı.