NATO-Rusiya görüşünün vaxtı açıqlandı
İyulun 13-də NATO-Rusiya Şurası arasında növbəti görüş baş tuta bilər. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, bu, alyansın baş katibi Yens Stoltenberqin adından yayılan bəyanatda təsdiqlənir.
Görüş Varşava sammitindən 4 gün sonra, Brüsseldə NATO-nun mənzil-qərargahında keçiriləcək.
Tərəflər Ukraynada baş verənləri və Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi məsələsini müzakirə edəcəklər. Bundan əlavə bildirilir ki, Şərqi Avropada hərbi aktivlik nəticəsində risklərin azaldılması barədə də danışılaacaq.