Orxan Zeynalov: "Məni döyərək CİNAYƏTİ BOYNUMA QOYDULAR"

Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs-qətimkan tədbiri seçib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib.

 

Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib.

 

Bu arada hakim partiyanın icra katibi Əli Əhmədov Orxan Zeynalovla bağlı hadisənin bu qədər qabardılmasından təssüf hissi keçirdiyini bildirib.

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova da Orxan Zeynalovun hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Zeynalovun tutulması zamanı bir sıra ciddi qanun pozuntularına yol verilib. 

Müəllif | Apa.Tv