Xaçmazda iş adamını qətlə yetirməkdə şübhəli bilinən gənc tutuldu
Xaçmaz rayonunda iş adamı, 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən bir nəfər saxlanıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Ağyazı Buduq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Qalib Nəcməddin oğlu hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bu gün prokurorluq əməkdaşlarının iştirakı ilə onun hadisə yerində ifadəsi alınıb.
Qeyd edək ki, Xaçmaz şəhəri Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü İlqar Rüstəm oğlu Məmmədov iyunun 16-da yaşadığı evdə qətlə yetirilib.
İ.Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.