Rəsul Quliyev niyə İSTEFA VERDİ? - AÇIQLAMA
Acıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev partiyadan və Milli Şuradan istefa verib. APA TV-yə açıqlama verən Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Rəsul Quliyevin istefasının səbəblərini açıqlayıb.

Ağasif Şakiroğlu, ACP liderinin Azərbaycandakı nümayəndəsi:
Məndə olan məlumata görə, Rəsul bəyin istefası daha geniş fəaliyyət göstərmək istəyi ilə bağlıdır. Bir partiya marağında deyil, bir partiyanın yükünü öz üzərində daşımadan daha geniş fəaliyyət göstərməsi ilə bağlıdır. Yaxın zamanlarda bu fəaliyyətin nədən ibarət olduğunu cəmiyyət və sizlər də biləcəksiniz.
Partiyanın sədri Sülhəddin Əkbər isə partiyanın lideri Rəsul Quliyevin istefasını düzgün qərar kimi qiymətləndirib: "O, indiyə qədər bir partiya çərçivəsində demokratiya uğrunda mübarizə aparırdısa, mübarizəsini bundan sonra cəbhəsini genişləndirərək aparmaq istəyir və bildirir ki, Azərbaycanda bu istiqamətdə mübarizə aparan bütün təşkilatlarla əməkdaşlıq etmək niyyətindədir".
Partiya sədri təmsil olunduğu Milli Şuradan özünün hələ ki istefa verməyəcəyini deyib, lakin bunu istisna etməyib.