Bağdadda növbəti partlayışlar: 35 ölü, 60 yaralı
İraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.
APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb.
Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb. Azı 1 terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.
İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.