Ermənilərin girov götürdüyü Allahverdi Pələngov azad edildi

Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngov azadlığa buraxılıb. Girovdan azad edilən Pələngov APA TV-yə açıqlamasında Ermənistanın Müstəqillik günü münasibəti ilə verilən amnistiya aktına əsasən azadlığa buraxıldığını deyir:

 

- Orda amnistiyaya düsdum.

 

Allahverdi Pələngov iki ay Ermənistan Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxılanıldığını və son günlər qapalı həbsxanaya köçürüldüyünü bildirdi:

 

- Məni ayın 3-də həmin həbsxanaya saldılar, dedilər ki, burdan amnistiyaya cıxacaqsan.

 

Keçmiş girov deyir ki, ona qarşı irəli sürülən ittihamlar tam əsassızdır:

 

- Günahkar deyiləm, mal-qaramı otarırdım. Orda sərhəd yoxdur. Sərhədi təyin etsinlər, biz də keçməyək. Onlar özləri günahkardırlar.

 

Ermənistan tərəfi Allahverdi  Pələngovu sərhədi qanunsuz keçməkdə ittiham edib.

 

Müəllif | Apa.Tv