Neft bahalaşır - SƏBƏB
Dünya bazarında neft bahalaşır.
APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,36 dollar artaraq 46,76 dollar olub.
Qərbi Texas nefti də dəyər qazanıb. WTI markası 1 barelə görə 0,27 dollar artaraq 45,41 dollar təşkil edib.
Ekspertlər bu tendensiyanı OPEK-in bazardakı iştirak payının artırılmasına yönələn siyasətinin heç bir nəticə verməməsi ilə əlaqələndirirlər.