Sabirabadda motosiklet aşdı
Sabirabadda motosikletin aşması nəticəsində sürücü ağır kəllə-beyin travması alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Əliəmbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 1979-cu il təvəllüdlü Rasim Ənvər oğlu Süleymanovun idarə etdiyi motosiklet yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.