Antalyada rus mövsümü açıldı - İLK TURİSTLƏR GƏLDİ
8 aylıq fasilədən sonra Antalya aeroportuna göyərtəsində 189 rus turisti olan təyyarə enib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, turist heyəti Moskvadan birbaşa reyslə gəlib.
Bu hadisə türk mediasının diqqətində olub. Jurnalistlər hava limanından canlı yayımlar hazırlayıblar. Aeroportun əməkdaşları rusiyalı turistləri gül-çiçək dəstələri ilə qarşılayıblar.