Qusarda QƏTLƏ YETİRİLƏN POLİS dəfn olundu
Adi iş günlərindən biri idi onu üçün. Düz 23 il idi ki, Daxili İşlər Orqanlarında xidmət edirdi Qalib Quliyev. O, Qarabağ döyüşlərində ermənilərə, atəşkəs elan olunduqdan sonra isə cinayətkarlar qarşı döyüşürdü. Amma gözlənilməz basqına məruz qalan Qalib Quliyev aldığı güllə yarasından həlak oldu. Onu Quba rayonun Çiçi kəndində torpağa tapşırdılar.
Dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal bölgəsinin hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və kənd sakinləri iştirak etdilər. Həmkarları onun qətlinində məsuliyyət daşıyanların cəzalandırılacağını bildirdilər.
Xidməti vəzifəsini yerinə yetirərkən qəğlə yetirilən polis mayorunun atası Rəşid Quliyev üçün də danışmaq çətindir. Özünün ahıl yaşında oğlunu itirib. Bundan sonra nəvələrinin çoxsaylı suallarına cavab vermək onun üçün ağır olacaq.
Bu gözü yaşlı uşaqlar isə Qalib Quliyevin övladlarıdır. Onun atasını qətlə yetirənlər bir ömür boyu bu iki körpəni gözlü yaşlı qoydu. Yəqin ən qısa müddətdə onlar həbs olunacaq. Qalib həyatını, o uşaqlar atalarını itirdi, cinayətkarlar isə azadlıqlarını itirəcəklər.