Gəncədə yol polislərinə müqavimət göstərən sürücülər...
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhərdə hərəkətin sıx olduğu yollarda tıxacların qarşısını almaq məqsədi ilə reydlərə başlayıb. Şöbədən APA TV-yə verilən məlumata görə, sürücülərin avtomobillərini “saxlamaq qadağandır” işarəsi vurulan yerdə saxlamaları qısa müddətli tıxacların yaranmasına səbəb olur. Belə hallara əsasən, şəhərin mərkəzi küçələrində və darısqal yollarında, eləcə də hərəkətin daha intensiv olduğu hissələrində rast gəlinir. Bu dəfəki reyd Heydər Əliyev, Nizami prospektlərində və Mirzə Abbas Abbaszadə küçəsində keçirilib.
Bundan başqa, yol polisləri tərəfindən şəhərin küçə və prospektlərində dayanacaqlarda saxlayaraq içtimai nəqliyyatın hərəkətinə mane olmaqla sərnişinlərin həyatları üçün təhlükə yaradan nəqliyyat vasitələrinin sahibləri inzibati məsuliyyətə çəlb edlib. Belə ki, yollarda qadağan edici yol nişanlarının olmasına baxmayaraq avtomobillərini park edərək digər avtomobillərin hərəkətinə mane olan sürücülər aşkar edilərək cərimələnib.
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri İldırım Alıyev bildirib ki, reyd zamanı sürücülük vəsiqəsi olmadan sərnişindaşıma ilə məşğul olan xeyli sayda sürücü aşkarlanıb. Belə sürücülərə qarşı qanunamüvafiq qaydada tədbirlər görülüb. Tağım komandirinin sözlərinə görə, şəhərdə tixacların yaranmasının bir səbəbidə taksi fəaliyyəti ilə məşğul olanların və eləcədə avtobus sürücülərin əksəriyyətinin yol ayrıclarında saxlamalarıdır.
Reyd zamanı Yol Polisinin cəriməsindən yaxa qurtarmaq üçün dosta zəng edənlərin də sayı çoxluq təşkil edib. Yoxlamalar zamanı əsəblərini cilovlaya bilməyən sürücülərdən yol poilislərinə müqavimət göstərənlərədə rast gəlinib. Yol polisi ilə mübahisə edən avtomobil sahiblərinin bəziləri yazılan protokolları qəbul etməkdən boyun qaçırıb. Ancaq sonda yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb edilib.
Məlumata görə reyd zamanı 4 avtoxuliqan, 5 sənədsiz avtomobili idarə edən, 20-dən artıq qayda pozan sürücüyə inzibati prtokol tərdib edilib. Yol Polisindən bildiriblər ki, bu cur reydlərin keçrilməsi mütəmadi olaraq davam edəcək.