Rusiya XİN: Günahkara LAYİQLİ CƏZA veriləcək

"Biz baş verənlərlə bağlı çox narahatıq. İstəmirik ki, baş verənlər Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin ziyanına şərh olunsun”.

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin verib.

 

Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlində şübhəli bilinərək saxlanılması ilə bağlı baş verən hadisələri şərh edən nazir müavini bildirib ki, Rusiyanın məhkəmə araşdırması keçirməyə əzmi çatır: “Əminik ki, məhkəmə araşdırması keçiriləcək və günahkara layiqli cəza veriləcək. Lakin elə etməliyik ki, heç bir halda, istər Azərbaycanda, istərsə də Rusiyada millətçi tendensiya qızışdırılmasın. Bu, bizim mövqeyimizdir və bu mövqe hər zaman belə də olacaq".

 

O qeyd edib ki, Rusiya çoxmillətli dövlətdir, müxtəlif millətlərin nümayəndələri arasında tarazlığa dəyər verir. Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycanla münasibətlərə yüksək dəyər verir,  bu münasibətlərin məntiqi inkişafına və qanuna görə ehtiyatlı hərəkət edəcək.

Müəllif | Apa.Tv