“VAZ 2106” PİYADANI ƏZİB KEÇDİ
Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Hacıqabul-Bəhramtəpə yolunun 63-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini İlkin Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, avtomobillə yolu keçən piyadanı vurub. Piyada, Saatlı rayonunun Bəylər kənd sakini, 1949-cu il təvəllüdlü Yaşar Bayramqulu oğlu Muradov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.