Səfir Doroxin Orxan Zeynalov haqqında danışdı: "Ola bilər ki..."

"Hazırda Orxan Zeynalovun məsələsi tam hüquq normaları çərçivəsindədir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, rəsmi Moskva Azərbaycanla münasibətlərinə xüsusi qiymət verir.

 

Vladimir Doroxin, Rusiyanın Azərbaycandakı səfiri:

 

- Rusiyanın bu məsələyə diqqətinə cinayət törədən şəxsin milliyyəti deyil, onun rezonans doğurması səbəb olub. Ola bilər ki, Rusiya mətbuatında hüquqi baxımdan düzgün olmayan məlumatlar yer alıb. Lakin mən sizi əmin etmək istəyirəm ki, Rusiyada heç bir antiazərbaycan kampaniyasından söhbət belə gedə bilməz. Məhkəmənin çıxardığı qərardan asılı olmayaraq biz hər şeyi edəcəyik ki, bu epizod iki ölkə arasındakı münasibətlərə təsir etməsin.

 

İnsanların emosiyalarının başa düşülən olduğunu deyən Səfir bildirib ki, saxlanılan şəxsin vəkillərinin polisin davranışından şikayət etməyə tam hüquqları var.

 

Vladimir Doroxin, Rusiyanın Azərbaycandakı səfiri:

-Məsələ hüquq müstəvisində həll olunur. Buna görə, əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycanda və Rusiyada milli zəmində tendensiyalara yol verilməsin.

 

Oktyabrın 18-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında Beynəlxalq Diaspor Mərkəzi Rusiyada cinayət törətməkdə təqsirli bilinən Orxan Zeynalovun həbs olunarkən təhqir olunmasına etiraz olaraq aksiya keçirməyə cəhd edib.  Aksiya iştirakçıları “Rusiya azərbaycanlıların ikinci vətənidir”, “Rusiya, qanunun aliliyini tanı!” kimi şüarlar səsləndirib, Rusiyanı insan haqlarına hörmətlə yanaşmağa çağırıblar. Polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb.

 

Müəllif | Apa.Tv